Noyabra qədər sülh imzalana bilər? - AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında gedən danışıqlar hazırda beynəlxalq təşkilatlarda, bu prosesdə maraqlı olan ölkələrdə diqqətlə izlənilir. Həmçinin, sülh müqaviləsinin imzalanmasına xeyli müddət idi ki şübhələr var idi. Ermənistan pozuculuq fəaliyyətini davam etdirirdi. Amma indi, Ermənistan tərəfi də sülhə maraqlı olduğunu nümayiş etdirir, mövqelərində ardıcıllıq hiss olunur".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, sülh müqaviləsinin imzalanması Azərbaycan üçün əlverişlidir:

"Quruculuq işləri ilə sərbəst şəkildə məğul olmaq, əlavə problemlər, diqqətin yayınmaması, gərginliyin yaranmaması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Amma Ermənistana sülhün əldə olunması bizdən daha çox lazımdır".

Akif Nağı qeyd edib ki, son günlərdə N. Paşinyan, Ermənistanın xarici işlər naziri A. Mirzoyan, parlementin spikeri A. Simonyan sülh haqqında açıqlamalar verib:

"Onlar dövlətin təhlükəsizliyini sülh müqaviləsində görürlər. Delimitasiya və demarkasiya başlayırsa, bu artıq sülh müqaviləsi üçün ciddi mesajdır. Ona görə də ümid var ki, sülh imzalanacaq.

Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyev xeyli əvvəl bildirib ki, bu ilin noyabr ayına qədər sülh müqaviləsinin imzalanması mümkündür. Çünki, noyabr ayında Azərbaycanda dünya səviyyəli COP29 tədbiri keçiriləcək. Belə bir mötəbər tədbir ərəfəsində sülh müqaviləsinin imzalanması müsbət hadisədir. Dünya dövlətlərinə və beynəlxalq təşkilatlara mesaj olacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı