BTC-nin nəql etdiyi neftin həcmi açıqlandı

Cari ilin birinci rübü ərzində “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənib.

Metbuat.az xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabat dövrü ərzində ərzində BTC vasitəsilə ixrac olunan xam neft və kondensat ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək 7 milyon ton (təxminən 54 milyon barel) təşkil edib və Ceyhan terminalında 72 tankerə yüklənərək yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı