Paşinyan devrilsə, sülh sazişinin taleyi necə olacaq? - Politoloq

"Son zamanlar Ermənistanda Paşinyana və indiki iqtidara qarşı baş verən hadisələr Azərbaycana 4 kəndin verilməsi ilə bağlıdır".

Bu sözləri politoloq Əlimusa İbrahimov Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, ayağa qalxanlar bu dəfə din xadimlərindən, katoliklərdən istifadə edirlər.

"Yeni bir forma və taktika ortaya qoyublar. Din xadimlərinin, müxalif qüvvələrin burada iştirak etməsinə baxmayaraq, məqsəd eynidir.

Bu mitinqləri təşkil edənlər eyni qüvvələrdir. 2018-ci ildən bəri hakimiyyətə qarşı Ermənistanda bir cəbhə altında birləşən qüvvə var, o da Qarabağ klanıdır. Qarabağ klanı Robert Koçaryan və Serj Sarkisyanın başçılığı altında olan qüvvələrdir. Onlar inanırlar ki, məhz həmin din rəhbərləri Paşinyanın devrilməsinə səbəb olacaqlar".

Politoloq qeyd edib ki, bu hallar sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər:

"Paşinyan sülh müqaviləsinə öz istəklərini salmaq üçün cəhd edə bilər. Amma sülh müqaviləsinin imzalanmasının qarşısını almayacaq".

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı