Joze Mourinyo “Fənərbaxça” ilə anlaşacağı təqdirdə dünyaca məşhur hücumçunu Kadıköyə gətirəcək.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, çempionluğu əldən verən "Fənərbaxça" bütün diqqətləri növbəti mövsümə yönəldib. Klubun prezidenti Ali Koç növbəti dəfə namizəd olacağını açıqlayıb. “Fanatik”qəzetinin məlumatına görə, "Fənərbaxça"nın prezidenti Ali Koç Joze Mourinyo ilə görüşmək istəyir. Həmçinin "Fənərbaxça" hücumçu axtarışındadır. Türkiyə klubunun Romelu Lukakunu transfer etmək istədiyi deyilir.
Joze Mourinyonun "Fənərbağça"ya "hə" deyəcəyi təqdirdə, Lukakunun Kadıköyə gəlmə ehtimalının yüksək olduğu da alınan məlumatlar arasındadır. Portuqaliyalı çalışdırıcının belçikalı hücumçunu razı salacağı qeyd edilir.