Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı - VİDEO

Lənkəranda iki ay əvvəl itkin düşmüş qadının meyiti tapılıb. Onun Cəlilabad rayon sakini olduğu və qətlə yetirildiyi bildirilir.

Metbuat.az-ın Xezerxeber.az-a istinadən xəbərinə görə, qonşular iddia edir ki, qətl törədilən ev iki nəfər tələbəyə kirayə verilib və meyiti tapılan qadın da onlarla birlikdə qalıb.

Bildirilir ki, Könül Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının" 4 - cü kurs tələbəsi olub.

Cəlilabaddakı qonşularının bildirdiyinə görə, Könül Ağayeva dünən axşam saatlarında doğulduğu Muğan kəndində dəfn olunub. Məlumata görə, Könül Ağayeva iki aydan çoxdur ki, axtarılırdı. Qonşular Ağayevlər ailəsinin problemsiz və yaxşı insanlar olduqlarını söyləyiblər.

Qeyd edək ki, faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı