Paytaxtda atın maşının arxasına bağlanması ilə bağlı rəsmi açıqlama - VİDEO

Sosial şəbəkədə qınaq obyektinə çevrilən sürücü ilə bağlı rəsmi açıqlama verilib.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir.

“Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür”, - deyə DİN-in açıqlamasında qeyd edilib.

Ətraflı “Xəzər Xəbər”in süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı