Ramin Əliyev saxlanıldı

Qohumuna qarşı dələduzluqda ittiham olunan Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Metbuat.az bildirir ki, xalası oğlu Səbuhi Mehrəliyevin Ramin Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

    Cinayət işi üzrə çağırışdan yayınan Ramin Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı