"Yeni Kaledoniyada baş verənlərə görə Fransa özü günahkardır" - Deputat

“Rəsmi Parisin Yeni Kaledoniyada baş verənlərə görə qınamalı olduğu kimsə varsa, o da özüdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, Fransanın yeritdiyi neomüstəmləkəçilik siyasəti və orada reallaşdırdığı assimilyasiya, yerli aborigen xalq olan kanakların haqqını çox qabacasına tapdaması hazırkı vəziyyətə gətirib çıxarıb:

“Yeni Kaledoniyada kanaklar müstəqilliyi heç də Ermənistandakılardan az haqq etmirlər. Fransa doğrudan da hayları sərgiləməyə çalışdığı kimi xristian təəssübkeşliyinə dayanaraq dəstəkləyirsə, onda əksəriyyəti öz dindaşlarından ibarət olan kanakları niyə o cür istismar edir?. Bəs nə üçün yerli xalqın təmsilçilərinin 20 faizi səs vermək hüququndan məhrum olunub? Necə olur ki, Yeni Kaledoniyaya say nisbətini dəyişmək üçün köçürülən fransızlara səs vermək hüququ ilə təmin edilirlər, amma aborigenlərin bir qismi yox? Və burası da maraqlıdır ki, Yeni Kaledoniyada 2020-ci ildə Fransanın səsvermə hüqqunu tanıdığı seçicilərin 53, 2%-i müstəqillik əleyhinə səs verdikləri halda cəmi bir il sonra keçirilən seçkidə bu rəqəm 96,49% olub. Əhalinin müstəqilliyə yanaşması birdən-birə bu cür radikalcasına və Fransanın istədiyi yöndə bir il ərzində necə dəyişdi? Bu nə seçki hoqqabazlığıdır?”.

Sahib Alıyev qeyd edib ki, rəsmi Parisin nəzərində Kaledoniya öz milli dövlətlərinin olmasını istəyən kanaklar ölkəsi kimi deyil, faydalı qazıntılar ilk növbədə də nikel yatağı mənbəyi kimi görünür:

“Kanakların ən azından fransızlar qədər buna haqqı çatır. Ona görə də dəfələrlə orada öz azadlığını tələb edənlərinin üzərinə indi olduğu kimi qoşun yeridilərək onları qırıb-çatıblar. Dünya bu vəhşiliyə dözməməli, öz səsini qaldırmalıdır, necəki Azərbaycan qaldırır.

Onu da deyim ki, Azərbaycan oradakı proseslərə verdiyi dəstək Fransanın Qarabağa yanaşmada yeritdiyi siyasətdən fərqli olaraq tam beynəlxalq hüquq və normalara dayanır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı