Məktəblərdə monitorinq başlandı

Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir.

Metbuat.az xəbər verir ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, sabah da davam edəcək monitorinqlərdə ümumilikdə 300 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı