2024-cü il Olimpiya məşəli estafeti ləğv edilib?

Yeni Kaledoniyada iğtişaşlar səbəbindən 2024-cü il Olimpiya məşəli estafeti ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb .

Bildirilib ki, tədbir Fransanın Sakit Okeandakı ərazisi olan Yeni Kaledoniyada baş tutmayacaq. Hökumətlə parlament arasında keçirilən görüşdən sonra Fransanın baş naziri Qabriel Attal açıqlayıb ki, iğtişaşlar səbəbindən iyunun 11-də estafet ləğv edilib.

Daha öncə qeyd edilmişdi ki, məşəl Fransanın 450-dən çox şəhər və qəsəbəsindən keçəcək. Onun ətrafında təxminən 200 təhlükəsizlik qüvvələrinin, o cümlədən antiterror SWAT komandası və pilotsuz uçuş aparatları ilə mübarizə aparan əməliyyatçıların yerləşdirilməsi nəzərdə tutulur. Açılış mərasimi isə Sena çayında baş tutacaq.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar mayın 13-dən başlayıb. Etiralara səbəb Parisdə konstitusiya islahatları çərçivəsində keçirilən səs vermə prosesidir. Yeni Kaledoniyada 10 il yaşayan fransız sakinlər düşünür ki, əyalət seçkilərində yerli əhali kanaklar onların səs sayını zəiflədə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı