İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand məlumat yayıb.
Məlumata görə, qəzada həlak olanlar aşağıdakılardır:
- Prezident İbrahim Rəisi
- Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi
- İmam Cümə Təbrizi
- Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
- Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti
- Pilot
- İkinci pilot
- Sərnişin köməkçisi
- Mühafizə dəstəsinin rəhbəri
- Mühafizəçi