“Qarabağ”ın qapıçısı Avropa çempionatında

Futbol üzrə Gürcüstan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytında bildirilib. Məlumata görə, baş məşqçi Villi Sanyol 26 nəfərlik siyahıya “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilinin də adını daxil edib.

Qapıçı: Giorgi Mamardaşvili (“Valensiya”, İspaniya ), Giorgi Loria (“Dinamo Tbilisi”, Gürcüstan), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan);

Müdafiəçilər: Solomon Kverkveliya (“Əl-Uhdud”, Səudiyyə Ərəbistanı), Giorgi Qvelesiani (“Persepolis”, İran), Quram Kaşiya (“Slovan”, Slovakiya), Cemal Tabidze (“Panetolikos”, Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili (“Kremoneze”, İtaliya), Otar Kakabadze (“Krakoviya”, Polşa), Giorgi Qoçoleişvili (“Şaxtyor”, Ukrayna);

Yarımmüdafiəçilər: Giorgi Çakvetadze (“Uotford”, İngiltərə), Anzor Mekvabişvili (“Universitatya”, Rumıniya), Jaba Kankava (“Slovan”), Otar Kiteişvili (“Şturm”, Avstriya), Nika Kvekveskiri (“Lex”, Polşa ), Giorgi Koçoraşvili (“Levante”, İspaniya), Sandro Altunaşvili (“Volfsberger”, Avstriya), Levan Şengeliya (“Panetolikos”), Giorgi Tsitaişvili (“Dinamo Batumi”), Saba Lobjanidze (“Atlanta”, ABŞ);

Hücumçular: Zuriko Davitaşvili (“Bordo”, Fransa), Budu Zivzivadze (“Karlsrue”, Almaniya), Jorj Mikautadze (“Ayaks”, Niderland), Georgi Kvilitaya (APOEL, Kipr), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya).

Qeyd edək ki, Gürcüstan millisi Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı