Azərbaycanda anormal istilər gözlənilir? - RƏSMİ CAVAB

Mediada ölkədə güclü istilərin müşahidə ediləcəyi və istilərin 43 dərəcəyə çatacağı ilə bağlı xəbərlər yayılıb. Bu barədə meteoroloq Cavid Hüseynov danışıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Metbuat.az-a açıqlamasında bu barədə danışıb. O bildirib ki, verilən məlumat yay fəsli üçün xarakterikdir və yaxın günlərdə 43 dərəcə istiliyin olması gözlənilmir:

"Hər il olduğu kimi bu ildə yay ərzində isti dövrlərin müşahidə olunacağı gözlənilir. Bu, Azərbaycanın iqliminə xas olan vəziyyətdir. Temperaturun 40 dərəcədən yüksək olması əsasən respublikanın Aran rayonlarında, Naxçıvanda hər il demək olar ki, qeydə alınır. Abşeron yarımadasında da son illər bir neçə gün temperaturun 40 dərəcə civarında olması müşahidə olunub. Bu, Abşeron yarımadası üçün xarakterikdir".

Gülşad Məmmədova onu da deyib ki, ötən həftəyə nisbətən, gələn günlərdə hava şəraitinin daha sabit, mülayim keçəcəyi gözlənilir. Havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı