"Gərək bunu etiraf edək" - Nazir

“Prinsip etibarilə hamı maraqlıdır ki, xərclərin Ümumi Daxili Məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, görərik ki, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı”.

Metbuat.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Amma bu, dövlət büdcəsidir. İcmal büdcədə daha yüksəkdir, nisbət haradasa 34,5 faizdir. Artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib. Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin hal-hazıra proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 34 faizə çatdırılacaq. Yəni bu, kifayət qədər yüksək artımdır. Amma yenə də deyirəm, biz əhəmiyyətli xərc artımına gedirik. Bunu gərək etiraf edək”, - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı