​"Qalatasaray"da oynamaq istəyən "Barselona" ulduzunun istəyi reallaşır

"Qalatasaray"ın gündəmində olan İlkay Gündoğanla bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Qalatasaray"rəhbərliyi heyəti yeni mövsümdə yenidən iddialı futbolçularla gücləndirmək istəyir. Məlumata görə, klubun yeni mövsüm üçün əsas transfer hədəfləri arasında "Barselona"da çıxış edən İlkay Gündoğan da var. İspaniya mətbuatı “Qalatasaray”ın İlkay Gündoğanı istədiyini, ancaq “Barselona”nın buna icazə vermədiyini yazıb. Bildirilir ki, "Barselona" İlkayın 2025-ci ildə Qalatasaray'a getməsinə icazə verəcək. Lakin "Qalatasaray"ın ciddi maddi təklifi transferin bu mövsüm reallaşmasına da səbəb ola bilər.

Qeyd edək ki, İlkay Gündoğan “Qalatasaray” azarkeşidir və “Qalatasaray”da oynamaq istədiyini ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR