Bu müalicədən sonra ağarmış saç və saqqalı qaraldı - FOTO

Türkiyənin Antalya şəhərində yaşayan Cəmil Şimşəyə 2022-ci ildə bağırsaq xərçəngi diaqnozu qoyulub və kimyaterapiya müalicəsinə başlanılıb.

Metbuat.az türk mediasına istinadən bildirir ki, bir müddət sonra onun saç və saqqalı tökülməyə başlayıb. Lakin müalicəsi bitdikdən sonra, saç və saqqalı yenidən çıxmağa başlayan Şimşək təəccüblənib. Belə ki, onun saç və saqqalında bu dəfə ağ yox, qara tüklər çıxmağa başlayıb.

Müalicədən əvvəl saçları və saqqalı ağarmış olan şəxs həkimindən bu dəyişikliyin səbəbinin qəbul etdiyi dərmanlar olduğunu öyrənib.

Maraqlı olayla bağlı danışan dosent Mustafa Karaca bildirib ki, kimyaterapiyanın insan vücuduna müxtəlif təsirləri olur. Bəzən bu dərmanlar saç və saqqaların ağarmasına, bəzən isə Cəmil Şimşəkdə olduğu kimi, yenidən qaralmasına səbəb ola bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı