Mənzil almaq istəyənlərin nəzərinə: Buna mütləq diqqət edin

"Kirayə qaldığı mənzili öz əmlakı kimi satan şəxslər cinayətkar qrupun üzvləridir. Onlar kirayə etdikləri mənzilin sahibi haqqında ətraflı məlumat topladıqdan sonra planlarını həyata keçirirlər".

Bunu Metbuat.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, bu şəxslər adətən subay ev sahiblərini qurban kimi seçirlər:

"Səbəb də odur ki, notariusda həyat yoldaşının razılığına ehtiyac qalmasın. Bir sözlə, mənzildə qeydiyyatda heç kim olmasın. Cinayətkar dəstə kirayə müqaviləsi bağladıqları ev sahibin şəxsiyyət vəsiqəsinin sürəti ilə əmlakı satışa çıxarırlar. Onlar bu addımı atmaq üçün Rusiyanın şəhərlərindən birində öz adamlarına etibarnamə verirlər. Həmin şəxs də o etibarnamə ilə mənzili başqa adamlara satır.

Vətəndaşlara tövsüyyə edirik ki, mənzil alan zaman həmin ərazidə yaşayanlardan ev sahibi haqqında məlumat alıb, araşdırma aparsınlar".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı