"Real" Ardaya görə bu futbolçunu klubdan göndərir

Toni Kroos karyerasını bitirdikdən sonra "Real Madrid" daha bir futbolçunu klubdan göndərir.

Metbuat.az xəbər verir ki, “Real” Dani Sebalosu transferə çıxarıb. İspaniya mətbuatında yer alan iddialara görə, yarımmüdafiədə uğurlu oyun nümayiş etdirə bilməyən Dani Sebalos rəqabətdə Arda Gülerə uduzub. Ümumilikdə 24 matçda meydana çıxan Seballos 1 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib. Dani Seballosun "Atletiko Madrid"ə transfer olunacağı deyilir. Seballosun göndərilməsinin səbəbi Ardaya daha çox oyun şansı vermək planı ilə bağlıdır.

Həmçinin, “Real” boşluğu doldurmaq üçün ikinci komandada çıxış edən yeni Niko Paz və Mario Martini əsas komandaya cəlb edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR