Azərbaycan Könüllüləri Lənkəranda “Go Camp” piknik layihəsində iştirak ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Paytaxtı Lənkəranda “Go Camp” piknik layihəsi baş tutub.

Metbuat.az xəbər verir ki, ilk olaraq Azərbaycan Könüllüləri sağlam həyat tərzinin formalaşdırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və yaşıllıqların qorunması məqsədi ilə Lənkəran şəhərinin Hirkan Milli parkının ərazisində yerləşən Xanbulan gölü ətrafında təmizlik aksiyası həyata keçiriblər.

Daha sonra gənclər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə Azərbaycan Könüllüləri Xanbulan gölü ərazisində müxtəlif stolüstü oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər və istedadlı könüllülərin ifasında könüllülərimiz əyləncəli vaxt keçiriblər.

Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.

Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR