"Azərbaycanın nailiyyətləri bütün türk xalqı üçün qürur və xoşbəxtlik mənbəyidir"

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq dalğalanacağına inamım qətidir.

Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR