Ronaldoya sürpriz təklif

"Əl-Nəsr" hücumçusu Kriştiano Ronaldo ilə müqaviləsini uzatmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.Tərəflər arasında hazırkı sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Klub 39 yaşlı forvarda 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalamağı planlaşdırır.

Məlumata görə, "Əl-Nəsr" portuqaliyalı futbolçunun maaşını artırmağı da nəzərdə tutub. Ronaldonun hazırkı maaşı illik 200 milyon avrodur.

Xatırladaq ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR