Bu baş versə, rubl ucuzlaşacaq - AÇIQLAMA

"Rusiya üçün böyük problemlərdən biri artmaqda olan hərbi xərclərdir. Ukraynada ilk 2 il ərzində ehtiyatda olan silahlardan istifadə edilib. Rusiya davamlı olaraq yeni silahlar istehsal etmək məcburiyyətindədir, bu da daha çox vəsait tələb edir. Rusiyanın artıq həmin xərcləri belə bağlamağa gücü çatmır. Həmçinin embarqo nəticəsində Rusiyada nəqliyyat, o cümlədən xaricdən idxal olunan avadanlıqlar üçün ehtiyyat hissələri ilə bağlı ciddi problemlər yaranmağa başlayıb. Embarqo səbəbindən bunların çoxunu gətirə bilmirlər".

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. Rusiya iqtisadiyyatının durumundan danışan ekspert bildirib ki, rublun taleyini müəyyən edən, neft və qaz qiymətləridir:

"Hələlik neft və qaz qiymətlərinin yüksək olması, Rusiyaya müsbət təsir edir. Neft və qaz qiymətləri dünya bazarında nə qədər yüksək olsa da, Rusiya üçün maksimum hədd 60 dollardır, 60 dollardan yuxarı neft sata bilməz. Amma dünyada neft qiymətlərinin yüksək olması səbəbindən Rusiyadan 60 dollara olan nefti alırlar. Baxmayaraq ki, sanksiya var.

Hər bir halda yüksələn neft qiymətləri imkan verir ki, o riski etsinlər. Amma neftin qiyməti 60 dollardan aşağı düşsə, artıq heç kim Rusiya neftini 60 dollara almayacaq. Çünki embarqo altındadır. Həmin nefti almaq istəyəcəklər 30-35 dollara. Rusiya da satmağa məcbur olacaq. Nəticədə rublun kursuna təsir göstərəcək. Amma bu gün kəmiyyət etibarı ilə neftin və qazın bolluğu, satılması, Rusiyada rublun qiymətini stabil saxlamağa imkan verir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı