Heç bir klubu bəyənməyən Osimhen seçimini etdi - 100 milyonluq transfer

"Napoli"nin futbolçusu Viktor Osimhen “Çelsi” klubuna transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, "Çelsi" klubu nigeriyalı hücumçu üçün 113 milyon avro təklif edib. Bildirilir ki, təklif edilən məbləğ "Napoli"ni qane edir və klub Viktor Osimhenin gedişinə icazə verəcəyini açıqlayıb. Məlumata görə, Viktor Osimhen özü də “Çelsi”yə keçməyə razılıq verib.

Qeyd edək ki, Viktor Osimhenin xidmətində bir sıra klublar maraqlıdır. Lakin hücumçu “Napoli”dən ayrılmaq istəsə də, gələn təkliflərə qane olmurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR