​Flikin “Barselona”dakı ilk “qurbanı” bu futbolçu oldu

"Barselona"nın yeni baş məşqçisi Hans-Diter Flik artıq heyəti formalaşdırmağa başlayıb.

Metbuat.az xəbər verir ki, Flikin transferinə razılıq verdiyi futbolçular arasında ötən mövsüm “Barselona”ya transfer oluna İniqo Martines də var. Bildirilir ki, Hans-Diter Flik keçmiş baş məşqçi Xavi Ernandesin istəyi ilə komandaya cəlb edilən müdafiəçinin xidmətində maraqlı deyil.

Məlumatda deyilir ki, Hans-Diter Flik İniqo Martinesi klubda əsas fiqur hesab etmir. Məlumata görə, “Barselona”dan bir neçə futbolçu ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR