​"Fənərbaxça" ulduzları bir araya gətirir - Mourinyo hansı hücumçunu istəyib?

Türkiyə çempionluğunu əzəli rəqibi "Qalatasaray"a uduzan "Fənərbaxça" artıq növbəti mövsüm üçün transfer işlərinə başlayıb.

Metbuat.az xəbər verir ki, komandanı ulduz futbolçularla gücləndirmək istəyən "Fənərbaxça"nın fransız hücumçu Kərim Benzema ilə anlaşdığı iddia edilirdi. Lakin klub prezidenti Ali Koç iddiaları təkzib edib. Bununla belə, o digər ulduz futbolçularla danışıqlar aparıldığını ifadə edib. Həmçinin prezidentliyə namizəd Aziz Yıldırım da transfer işlərini davam etdirir. Prezident seçiləcəyi təqdirdə Joze Mourinyonu kluba gətirəcəyini fiadə edib Aziz Yıldırımın gündəmində Paulo Dybalanın olduğu irəli sürülüb.

Qeyd edək ki, Paulo Dybala Mourinyonun sevimli futbolçuları arasındadır. Tərəflər “Roma”da birlikə çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR