Bu şəhər və rayonların icra başçısı yoxdur - Siyahı

Hazırda Azərbaycanda 1 şəhərin və 3 rayonun icra başçısı vəzifəsi boşdur.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Həmçinin Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR