Bakı metrosundan uşaqlarla bağlı maraqlı addım

Bakı metropolitenində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti layihələr keçirilir.

Metbuat.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, metronun bütün stansiyalarında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar, Ulu Öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.

Bundan əlavə metropolitenin daha bir layihəsi yenidən sərnişinlərin ixtiyarına verilib. Bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya...” sözlərini uşaqlar elan edirlər.

Layihə Bakı metropolitenində günün sonuna qədər davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı