Sabahkı oyundan həzz almaq istəyirik - Rəşad Sadıqov

"Mövsümün son oyununa çıxırıq. Bayram ab-havasında olacağıq. Azarkeşlərin bu matça marağı böyükdür".

Metbuat.az xəbər verir ki, bu sözləri "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov sabah Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, Azərbaycan Kubokunun finalında ikinci dəfə "Qarabağ"la qarşılaşacaqlarını xatırladıb: "Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Rəqib avrokuboklarda möhtəşəm mübarizə apardı. İndidən proqnoz vermək çətindir. Ümid edirəm ki, maraqlı oyun olacaq və sonda qələbə qazanan tərəf biz olarıq".

Onun sözlərinə görə, komandanın sabahkı nəticəsi avrokuboklardakı potensial rəqiblərin də yanaşmasına təsir edəcək: "Əlbəttə ki, "Qarabağ" kimi komanda ilə matçda nəticə qazanmaq rəqibləri də qorxuya salacaq. Başa çatan mövsümdə "Qarabağ"a qarşı oyunlarımız layiqli olub. Sabah meydandakı oyundan həzz almaq istəyirik".

Mütəxəssis itkilərin olmasına baxmayaraq, bunu meydanda hiss etdirməyəcəklərini deyib: "Uzunmüddətli zədələr oyunçuların vəziyyətinə təsir edir. Lakin mən futbolçulara inanıram. İki il əvvəlki finaldan fərqli olaraq, indi hər iki komanda inkişaf edib".

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR