Sərxoş şəxs qonşusunu 39 zərbə ilə öldürdü - HÖKM

Şəki Ağır Cinayətlər Məhkəməsində qonşusunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rövşən Rüstəmlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Rüstəmli 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il dekabrın 7-də Ağdaş rayonu ərazisində, qətlə yetirilən Araz Hacıyevin mənzilində baş verib. Qohumları ilə spirtli içki qəbul edən R. Rüstəmli sərxoş vəziyyətdə qonşusu, 1968-ci il təvəllüdlü Araz Hacıyevin yaşadığı mənzilə gələrək onunla mübahisə edib. Mübahisə nəticəsində R. Rüstəmli A. Hacıyevə bıçaq və qayçı ilə 39 zərbə endirərək onu xisusi amansızlıqla qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində R. Rüstəmli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və təhlükəli üsulla qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı