İki gənci öldürən "avtoş"a bu qədər cəza verildi - Hökm

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı rayonunda iki gənci vurub öldürməkdə ittiham olunan sürücü Qorxmaz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, C. Səfərli 4 il sürücülük hüququndan məhrum edilməklə 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il dekabrın 9-u saat 21 radələrində baş verib . Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Q. Hüseynov həmin ərazidə sürət həddi maksimum 60 km/saat göstərilsə də, avtomobili 120 km/saatla idarə edib. İdarəetməni itirən sürücü yolun kənarındakı hər iki piyadanı vurub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı