“Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı məlumat kitabçası nəşr edilib

Azərbaycan Respublikası Audiovizual Şurası Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı məlumat kitabçası nəşr etdirib.

Metbuat.az bildirir ki, nəşrin məqsədi uşaqların hüquq və maraqlarının müdafiəsinə, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasına töhfə verməkdir.

Uşaq mövzusu, xüsusilə uşaqların zərərli informasiyalardan qorunması məsələsi Audiovizual Şuranın fəaliyyətində prioritet təşkil edir. Şura audiovizual media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər, o cümlədən seminar, dəyirmi masa və təlimlər həyata keçirir. Eyni zamanda, audiovizual media subyektləri tərəfindən hazırlanan proqramlarda uşaq hüquqlarının qorunması mövzusunu daim diqqətdə saxlayır.

Qeyd edək ki, kitabçada əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Həmçinin, BMT-nin “Uşaq hüquqlarına dair” konvensiyası, dünyadakı uşaqların hüquqlarının inkişaf etdirilməsində medianın rolunun gücləndirilməsinə həsr edilmiş “Oslo çağırışı”, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları, “Uşaq hüquqları haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarından çıxarışlar yer almışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı