Prezident işə metro ilə getdi (FOTO)

Prezident işə metro ilə getdi (FOTO)
19:16 19 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani işə metro ilə gedib.

ANS PRESS-in məlumatına görə, "təmiz hava günü" elan edildiyi üçün peezident bir günlük avtomobildən imtina edib.

Metroda sıravi vətəndaşlarla ünsiyyət qurmaq imkanı əldə etdiyini deyən prezident insanları da bu aksiyaya qoşulmağa dəvət edib.

"Təmiz hava günü"ndə təmiz havaya sahib olmaq üçün hamı şəxsi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməlidir".

Ruhani görüşdüyü insanların ona metrodakı sıxlıqdan şikayət etdiklərini, bəzilərinin isə xarici siyasət, nüvə silahı haqqında fikirlərini bölüşdüklərini deyib.

Metroda Həsən Ruhani ilə birlikdə köməkçisi Masumə İbtikar da gedib. Bundan başqa İranın xarici işlər naziri Cavad Zərif də evindən Xarici İşlər Nazirliyinə metro ilə gedib.







Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR