Maaş və sosial müavinətlər artırılacaq - İqtisadçı

“Məlum olduğu kimi, 2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir. Fikrimcə, büdcə ilə bağlı korreksiyalar olarsa, o zaman sosial xərclərin artmasını gözləmək mümkündür. Çünki Azərbaycanda son illərin büdcəsində sosial xərclərin payı kəskin şəkildə artıb. Bu baxımdan əgər büdcə dəyişiklikləri olarsa, böyük ehtimal ki, əmək haqqı və sosial müavinətlərin artımında müsbət dəyişikliklər olacaq”.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.

O bildirib ki, hazırda ölkədə bir sıra iri investisiya layihələri ica edilir. O cümlədən işğaldan azad olunmuş ərazilərlə bağlı invenstisiya layihələrinin maliyyələşməsi gündəlikdədir. Burada da əsas yük dövlət kapital qoyuluşlarına aiddir. Ona görə də, bu istiqamətlərin nəzərə alınması vacibdir. İnvestisiya proqramlarının reallaşdırılmasına ayrılan maliyyə vəsaitlərinin çoxalmasını da böyük ehtimalla proqnozlaşdırmaq olar:

“Bu amil də öz növbəsində iqtisadiyyata təkanverici təsirlər göstərməlidir. Çünki investisiya layihələrinin artımı son nəticədə iqtisadi artıma müsbət təsir göstərir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı