Ərdoğan "Haber Global"ı mükafatlandırdı

Türkiyədə Anadolu Media Mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə "İlin xəbər kanalı" mükafatı "Haber Global"in yayım rəhbəri Taha Dağlıya verilib. Taha Dağlıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.

Qeyd edək ki, bu il səkkizinci dəfə təşkil edilən mərasim Türkiyə Prezidenti iqamətgahında baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR