Ağcabədidə qardaş doğma bacısını öldürdü

Ağcabədi rayonunda qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə iyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində baş verib. Qəsəbədəki evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilmısi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR