Qazi ad gününə 1 gün qalmış qəfil vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib: “Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə alsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.

İyunun 4-ü doğum günü olacaqdı, 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı olan Azad subay idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı