Yüksək vəzifə verilən Elşad Məmmədli kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Elşad Məmmədli Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Metbuat.az onun dosyesini təqdim edir:

Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.

E.Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin, 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.

Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-cü illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.

O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı