Bu Mərkəz yeni tibbi avadanlıqlarla təchiz edildi

Sumqayıt Tibb Mərkəzi 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib.

Metbuat.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib.

Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir.

Bu barədəTƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzinə birgə təşkil etdiyi media-turda jurnalistlərə açıqlamasında Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O, icbari tibbi sığortanın tətbiqindən sonra Sumqayıt Tibb Mərkəzində həyata keçirilən yeniliklər barədə danışıb:

“Eyni zamanda sığortanın tətbiqindən sonra burada dördüncü səviyyəli mərkəzləşdirilmiş laboratoriya fəaliyyətə başlayıb. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və neyrocərrahi əməliyyatlar icra olunur. 2022-ci ildən bu günədək Mərkəzdə 42 075 sayda cərrahi əməliyyat icra olunub. Bura fəqərəarası diskin kəsiklə çıxarılması, uşaqlığın çıxarılması və digər əməliyyatlar daxildir. Bütün bu görülən tədbirlər Agentliyin əsas hədəflərindən olan tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətin artmasına yönəlib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı