Azərbaycanın Misirlə dövriyyəsi kəskin artdı

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə rəsmi səfərdədir. Son illər iki ölkə arasında həyata keçirilən rəsmi səfərlər dövlətlərin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhvə verməkdədir. Hər iki dövlət fərqlı beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq platforması formalaşdırıblar.

Metbuat.az xəbər verir ki, bunu İqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, iki ölkə arasında iqtisadi sahədə də kifayət qədər ciddi potensial var:

"Son illər iki ölkə arasındakı ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahidə olunsa da, bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16.2 milyon dollar olan xarici ticarət dövriyyəsi ötən il 13,6 milyon dollara bərabər olub. Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb. Belə ki, yalnız 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14,9 milyon dollar olub. Bu o deməkdir ki, ölkələr arasındakı builki rüblük dövriyyə ötən ilki ümumi dövriyyədən daha çox olub. Bu isə münasibətlərin inkişaf dinamikasını göstərir".

"Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı