Joze Mourinyo daha əvvəl çalışdırdığı daha bir məşhur oyunçunu "Fənərbağça"ya gətirmək istəyir.
Metbuat.az "Sporx"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hazırda "Xetafe" forması geyinən Mason Qrinvudun xidmətində maraqlıdır. O, artıq klub rəhbərliyinə oyunçunun keçidi üçün təlimat verib.
Qeyd edək ki, Mason Qrinvud 16 yaşında "Mançester Yunayted"in əsas heyətinə məhz Mourinyonun dönəmində seçilmişdi. Futbolçu ötən mövsüm "Xetafe"də 36 matça çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.