Ardanın transfer qiyməti açıqlandı

Türkiyə millisinin futbolçusu Arda Güler "Real Madrid"də nadir hallarda meydana çıxsa da, özünü müsbət mənada doğruldub.

Metbuat.az xəbər verir ki, transfermarkt onun bazar dəyərini 100 faiz artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi iki ay ərzində iki dəfə artıb.

Madrid klubunun 20 milyon avroya aldığı Ardanın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və beş qol vurub.

O, hər qol üçün üç milyon avro əlavə dəyər qazanıb. Ardanın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki, 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri qol olub - altı zərbədə altı qol.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR