Torres bu klubun baş məşqçisi oldu

İspaniya millisinin sabiq hücumçusu Fernando Torres “Atletiko” klubunun ikinci komandasının baş məşqçisi təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu növbəti mövsümdən etibarən "Atletiko"nun B komandasını çalışdıracaq. Madrid klubunun əvəzedicilərinin hazırkı baş məşqçisi Luis Qarsiya Tevent isə əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, F.Torres buna qədər “Atletiko”nun 19 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı