Deputat Adil Əliyevə ağır itki üz verib.
Metbuat.az xəbər verir ki, onun qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, dəfn mərasimi sabah Şüvələn qəsəbəsi, Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda baş tutacaq.