Ermənilər başına bir milyon qoydu, oğlunun ad günündə şəhid oldu - VİDEO

Baku TV Vətən müharibəsi şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimov haqqında reportaj hazırlayıb.

Metbuat.az xəbər verir ki, Xeyrulla İbrahimov Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb, lakin bu barədə ailəsinə xəbər verməyib.

O, Vətən müharibəsi zamanı isə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi.

Şəhidin anası Xalidə Zeynalova oğlu haqqında danışarkən onunla söhbətlərini xatırlayıb:

"Həmişə deyirdi ki, ana, mən artilleriyaçıyam, düşməndən 30 kilometr uzaqda oluram. Məni vura bilməzlər. O qədər arxayın idim ki, elə bilirdim, oğlumu heç kim vura bilməz".

X.İbrahimov oğlunun doğum günündə - 2020-ci ilin oktyabrın 26-da şəhid olub.

"Günorta saat 12 idi. Öz-özümə deyirdim ki, Xeyrulla heç zəng vurub oğlunu təbrik etmir. Axşam saat 9 olanda başa düşdüm ki, o yoxdur. Qızıma dedim ki, Xeyrulla çox diqqətcil idi. Anara zəng etmədisə, deməli, şəhid olub", - deyə şəhidin anası söyləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR