Bakının üç rayonunda qaz kəsiləcək

Bu gün saat 10:00-dən etibarən Xaçmaz rayonu Xudat şəhərinin və paytaxtın Nizami, Səbail və Xətai rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Metbuat.az SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, “Xudat” qaz paylayıcı stansiyanın (QPS) “Qaz İxrac” İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək “Xudat” QPS-dən qidalanan “Xudat” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

    Həmçinin bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı