Vilyam Hacıyevin cəzası azaldıldı

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassssiya şikayətinə baxılıb.

Metbuat.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası azaldılaraq 8 il 6 aya endirilib.

    Qeyd edək ki, V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.

    Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı