Üzüm yemək bu xəstəliyin qarşısını alır

Üzüm A, B1, C, E vitaminləri, dəmir, kalsium, potasium, sodium, maqnezium və fosfor kimi maddələrlə zəngin meyvədir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, üzüm eyni zamanda bir çox xəstəliklərə qarşı faydalıdır:

- Üzüm xərçəngin yaranmasının qarşısını alır. Eyni zamanda xərçəng müalicəsi zamanı mənfi təsirlərin ötüşməsi üçün faydalıdır

- Xüsusən qara üzümün beyin hüceyrələrini qoruduğu bildirilir

- Üzüm ürək-damar sistemi üçün də çox faydalıdır

- Bu meyvə həmçinin dəriyə müsbət təsir göstərir. Üzümün tərkibindəki flavanoidlər dəridəki lazımlı hüceyrələri qoruyaraq erkən qocalmanın qarşısını alır, dərinin möhkəm və elastik olmasını təmin edir. Hüceyrə yeniləmə təsiri nəticəsində dərinin gözəl görünməsinə səbəb olur

- Flavanoidlər eyni zamanda saç hüceyrələri üçün də təsirlidir. Saçın böyüməsinə təsir edir və saç hüseyrələrində artıma səbəb olur. Eyni zamanda, iflicə qarşı təsirlidir

- Üzüm həzmi asanlaşdırır, qəbzliyə qarşı faydalıdır

- Gündə 200 qram üzüm yemək yorğunluğun keçməsinə və stresin azalmasına səbəb olur

- Unutmaq olmaz ki, üzümün tərkibində şəkər çoxdur. Buna görə də, şəkər xəstələri qəbul etdikləri miqdara diqqət etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı