Qarpız əgər belədirsə, qəti yemək olmaz

Yayda ən çox qəbul etdiyimiz qidalardan biri qarpızdır. Dadlı və faydalı olmasına baxmayaraq, qarpız həm də zəhərlənmələrə səbəb ola bilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, zəhərlənmə hallarının baş verməməsi üçün diqqət etməli olduğunuz məqamlar bunlardır:

Həzm prosesinin düzgün işləməsi üçün qarpızı yeməkdən 2 saat sonra istehlak etmək məqsədəuyğundur. Çox qarpız yemək də zərərlidir, unutmayın ki, qarpızın tərkibində şəkədr çoxdur və bu, qan şəkərinizin balansının pozulmasına səbəb ola bilər.

Əgər qarpızı kəsəndə pis qoxu gəlirsə, yaxud dadı fərqlidirsə, deməli bu artıq xarab olmuş qarpızdır.

Eyni zamanda, qarpız xarab olanda həddindən artıq yumşaq olur. Həmçinin, qarpızı kəsdikdən sonra soyuducuda 3 gündən çox saxlamamaq lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı