Bakı, 6 iyun, AZƏRTAC
Avqustun 4-dən 7-dək Türkiyənin Antalya şəhərində qabaqcıl texnologiya və elmlər üzrə beynəlxalq konfrans (International Conference on Advanced Technology and Sciences – ICAT’15) keçiriləcək.
AZƏRTAC ikt.az saytına istinadla xəbər verir ki, “ATScience” akademik nəşriyyat qrupu, Türkiyənin Səlcuq və Qazi universitetləri tərəfindən təşkil olunan konfransda kompyuter, elektronika və energetika sahələri üzrə aparılan elmi-tədqiqatların son nəticələri təqdim ediləcək.
ICAT’15 müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərə işgüzar əlaqələrin yaradılması və qlobal tərəfdaşların tapılması, həmçinin təcrübə və yeni ideyaların mübadiləsi üçün geniş imkanlar verir.