Kopenhagendə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib

Kopenhagendə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib
19:28 19 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Kopenhagen, 19 yanvar, AzərTAc
Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib. Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi qanlı Yanvar hadisələrinin tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, xalqımızın tarixinə qanlı, eyni zamanda, şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, dünyanın çox dövlətlərində də qeyd edilir.
Vətən Cəmiyyətinin idarə heyətinin üzvləri - faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşüblər.
Tədbirin sonunda 20 Yanvar hadisələri barədə çəkilmiş sənədli filmlər nümayiş etdirilib. İştirakçılara faciə ilə bağlı kitab və broşürlər təqdim olunub.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Kopenhagen


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR